XƏBƏR

Hipoksiya - Oksigen çatışmazlığının olduğunu necə bilmək olar? - ƏLAMƏTLƏR

date 6 İyul 2019

Hipoksiya - Oksigen çatışmazlığının olduğunu necə bilmək olar? - ƏLAMƏTLƏR

Hipoksiya, yəni oksigen çatışmazlığı tibdə ən ciddi problemlərdən sayılır. Belə bir halın yaranmasının isə bir çox səbəbləri ola bilər.

Hipoksiya nədir? Hansı səbəblər oksigen çatışmazlığı yaradır? Oksigen çatışmazlığının olduğunu necə bilmək olar?

e-tibb.az nevroloq, uzman həkim Nərgiz Ağayevanın hipoksiya barədə fikirlərini təqdim edir:

Oksigen bütün canlıların tәmәlidir. İnsan qidasız bir neçə ay, susuz bir neçә gün, oksigensiz isә ancaq bir neçә dәqiqә yaşaya bilәr. Hipoksiya oksigen çatışmazlığıdır.  

Hipoksiyanın müəyyən simptomları var ki, bu əlamətlər hipoksiyanın bütün növlərində eyni şəkildə özünü göstərir. İlk növbәdә sinir sistemi qıcıqlanmış vәziyyәtdә olur, nәfәs vә ürәk döyüntüsü tez tez olur, dәrinin rәngi qaçır vә soyuq tәr gəlir.

Sonra beyin funksiyaları yavaşlayır: hissiyati tkisi, baş gicәllәnmә, yuxululuq, şüurun qismәn sonra isә tamamilә itmәsi.

Xroniki hipoksiyanın әlamәtlәri daha fərqlidir:

Daimi baş gicәllәnmәlәri

Əhval-ruhiyyәnin tez tez dәyişmәsi

Keçmәyәn baş ağrıları

Qulaqlarda sәs

Ürәkbulanma vә sәhәrlәr #qusma halları

Yaddaş pozuntusu

Diqqәti cәmlәşdirә bilmәmәk

Tez yorulma

Nitqin, koordinasiyanın pozulması

Mental funksiyaların pozulması

Yuxunun pozulması (gecә vaxtı yuxusuzluq, gündüz vaxtı yuxululuq)

Depressiv hallar

Əsәbilik, küsәyәnlik

Zehni qabiliyyәtin azalması.

Beyin hipoksiyası - ayrı bir xәstәlik deyil, hәm daxili hәm xarici faktorlar tәsiri altında yaranan patoloji haldır. Hipoksiya - beyin vә başqa orqanların toxumalarına oksigenin kifayәt qәdәr çatmaması nәticәsindә әmәlә gәlir.

Әmәlә gәlmә sәbәbindәn asılı olaraq bir neçә hipoksiya növü olur:

Ekzogen (hipoksik) - әtraf mühitdә oksigenin sәviyyәsinin azalması nәticәsindә yaranır.

Tәnәffüs (nәfәs) - tәnәffüs orqanların fәaliyyәtinin pozulması nәticәsindә yaranan oksigen çatışmazlığıdır. Mәsәlәn, bronxial astma, pnevmoniya, tәnәffüs orqanın şişi, nәfәs әzәlәlәrin iflici, döş qәfәsin travmaları.

Dövrani (ürәk-damar) hipoksiya - hemodinamika vә ya beyinin qan dövranının pozulması nәticәsindә әmәlә gәlәn toxumaların hipoksiyasıdır. Mәsәlәn, ürәk-damar çatışmazlığı, şok halları, tromboz, emboliya, ateroma nәticәsində.

Hemik (qan) hipoksiya - qan hüceyrәlәrinin oksigen nәqlinin pozulması sәbәbiylә yaranan hipoksiyadır. Әgәr qanda eritrositlәr azdırsa, anemiya vә ya hemoqlobin-oksigen birlәşmәsi prosesi pozulursa, qan hipoksiyası әmәlә gәlir.

Toxuma (istotoksik) hipoksiya - hüceyrәlәrin oksigeni işlәtmә pozulması nәticәsindә olan hipoksiyadır. Toxumaların tәnәffüsündә iştirak edәn ferment sistemlәrinin tıxanması vә ya pozulması (zәhәrli maddәlәr, preparatlar sayəsində).

İnkişafına görə, hipoksiyanın 3 növü olur:

Ani - bir neçә saniyә vә ya dәqiqә әrzindә әmәlә gәlәn hipoksiya, mәsәlәn, nәfәs mәrkәzinә qansızma nәticәsindә yaranır.

Kәskin - bir neçә saat әrzindә yaranan, mәsәlәn, zәhәrlәnmә nәticәsindә әmәlә gәlәn hipoksiya.

Xroniki - uzun müddәt әrzindә olan hipoksiya, mәsәlәn, xroniki ürәk-damar çatışmazlığı, serebral ateroskleroz, ensefalopatiya xәstәliklәr zamanı hipoksiya...

Ani vә kәskin hipoksiyada xәstә vaxtında reanimasiya yardımı almasa, bu, ölümlә nəticələnə bilәr. Xroniki hipoksiya daha ümidverici haldır, amma pasientin hәyat keyfiyyәtini aşağı salır. İnsan orqanizmi unikal qabiliyyәtә malikdir - qismәn oksigen çatışmazlığına uyğunlaşır, ancaq pasient vaxtında müalicә olunmasa, yeni ağırlaşmalar yarana bilәr...

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR