XƏBƏR

Hər il 9 milyona yaxın insan bu SƏBƏBDƏN ölür

date 12 Mart 2019

Hər il 9 milyona yaxın insan bu SƏBƏBDƏN ölür

Avropalı alimlərin apardığı araşdırmalara görə, çirkli hava hər il 8,8 milyon insanın erkən ölümünə səbəb olur.

Bu barədə “European Heart Journal” adlı elmi nəşrdə verilən məlumatda bildirilir.

Araşdırma müəlliflərindən biri olan professor Tomas Münzel bildirib ki, bu, çirkli havadan qaynaqlanan ölüm hallarının siqaret istifadəsi nəticəsində baş verən ölümlərdən çox olduğunu göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı təkcə 2015-ci ildə 7,2 milyon insanının tütünün zərərli təsirlərindən vəfat etdiyini açıqlayıb.

Araşdırmaya görə, təkcə Avropada hər il çirkli havanın təsirindən 800 min nəfər həyatını itirir.

Bu hal orta yaş həddinin iki il azalmasına səbəb olur.

Çirkli hava ilk növbədə ciyərlərə təsir edir, ürək xəstəliklərinə səbəb olur, bu isə ölüm riskini artırır.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR