XƏBƏR

Hansı yaşda olan uşaqlar maska taxmalıdır?

date 23 Avqust 2020

Hansı yaşda olan uşaqlar maska taxmalıdır?

Koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr açıqlanıb.

e-tibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu nun (UNICEF) tövsiyələrinə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb olunmamalıdır. Qeyd olunub ki, bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. ÜST və UNİCEF 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Məlumata görə, burada söhbət maskanı ​​etibarlı və düzgün istifadə etmək, virusun yayılması səviyyəsindən gedir.

Təşkilatlar ​​maskanı 12 yaşdan yuxarı uşaqlarən maskadan istifadəsini tövsiyə edir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR