XƏBƏR

Hansı qidalarda daha çox toksin var?

date 8 Oktyabr 2019

Hansı qidalarda daha çox toksin var?

Qidalarda olan toksinlərə qarşı tədbir görmək mümkün deyil, əy yaxşısı toksinlə zəngin olan qidaları az istifadə etməkdir. Elə qidalar var ki, onlarda daha çox miqdarda zərərli maddələr toplanıb.
Bildirilir ki, orqanizmdə yüksək miqdarda toksin aşkarlanması bağırsaq florasında, immun sistemində dəyişikliklərə səbəb olur, şişkinliklər, yuxu pozğunluğu yaradır, yeyilən qidaların həzm olunmasını çətinləşdirir.

Bəs həmin qidalar hansıdır?

Ətdə olan bir sıra hormonlar, maddələr toksinlərlə zəngindir. Həmin maddələrin həm də kanserogen olduğu isbatlanıb. Bu səbəbdən sümük iliyi xərçəngi və mədə şişi riskini artırır.

Tunes balığı faydalı və çox ləzzətli olsa da, onun tərkibində yüksək miqdarda civə var. Məhz buna görə çox yeyildiyi halda sinir sistemində pozulmalara səbəb ola bilər.

Toksinlər əsasən uyğun temperaturda saxlanmamaqdan qaynaqlanır.

Çox yağlı inək südünün də toksin mənbəyi olduğu bildirilir. Pasterizə olunma prosesində süddə daha çox toksin toplanır.

Pasterizə olunsa da, süddə olan toksinlər xərçəngin inkişafını sürətləndirən təxminən 60 hormon, dioksin və antibiotik ehtiva edir.

Eyni sözləri pendir haqqında da demək olar. Digər süd məhsulları kimi pendir də toksinləri ehtiva edir. Hətta pendirin emalı prosesində süddə olandan daha çox toksinlər toplana bilir.

Qarğıdalı dəniz məhsullarından sonra en yüksək civə mənbəyi olan qida sayılır. Qarğıdalı dənələndikdən sonra düzgün qurudulmasa, onda daha çox toksinlər toplaşır.

Əsas etibarilə göbələkdən əmələ gələn bu kimyəvi birləşmə qrupu insanlarda xərçəng və qidalanma pozulmalarının səbəblərindən biridir.

Uzun müddət saxlanması, yararlı olması üçün içərisinə qatılan kimyəvi maddələrə görə konservləşdirilən məhsullar da hər zaman toksinlərlə zəngin qidalar kimi dəyərləndirilir.

 e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR