XƏBƏR

Hansı insanlar daha az xərçəngə tutulur?

date 26 Fevral 2020

Hansı insanlar daha az xərçəngə tutulur?

Aparılan araşdırmalara görə, onkoloji şişlərə, xərçəng xəstəliyinə, ən "davamlı” insanlar ikinci qan qrupuna aid olanlardır.

e-tibb.az xəbər verir ki, bir qrup alimlər orqanizmin xərçəng xəstəliyinə qarşı müqaviməti, zəifliyi, güclülüyü ilə insanın qan qrupu arasında əlaqənin olduğunu düşünürlər. Tədqiqatçılar müəyyən ediblər ki, ikinci qan qrupu olan insanlarda onkoloji xəstəliklərə ən az, birinci qan qrupuna aid olanlarda isə daha çox rast gəlinir. 

Alimlər 25 il ərzində minlərlə xəstənin məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər. Mütəxəssislər, bununla yanaşı xatırladırlar ki, qan qrupu xərçəngin yaranmasında həlledici amil deyil. Alkoqol və tütündən sui-istifadə xərçəngin yaranmasında daha çox rol oynayır. Məhz bunlar onkoloji xəstəliklərin inkişafının əsas amilləri hesab edilirlər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR