XƏBƏR

Mədəkiçiltmə əməliyyatı hansı çəkidən sonra göstəriş sayılır?- VİDEO

date 26 Fevral 2020

Mədəkiçiltmə əməliyyatı hansı çəkidən sonra göstəriş sayılır?- VİDEO

“Artıq çəki piylənmə demək deyil. Hər şeydən əvvəl bunları artıq çəki ilə piylənməni bir-birindən ayırd etmək lazımdır. Artıq çəki normadan çəkinin 5-10 kiloqram çox olması deməkdir. Bunu həyat tərzini dəyişməklə, idmanla, dietlə aradan qaldırmaq mümkündür. Piylənmə isə xəstəlikdir, ağır, mürəkkəb patogenezə malik, xroniki və residivləşə bilən problemdir”.

e-tibb.az xəbər verir ki, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov APA TV-nin “Öncə sağlıq” proqramında deyib.  

Piylənmənin cərrahi yolla müalicəsi, bariatrik cərrahiyyə əməliyyatları barədə danışan həkim əməliyyata göstərişin bədən kütlə indeksinə əsasən hesablandığını vurğulayıb. Onun sözlərinə görə, bədən kütlə indeksi 40-dan yüksək olan insanların hamısında birmənalı olaraq bariatrik əməliyyat icra olunmalıdır. İndeks 35-40 arasındadırsa, yanaşı olaraq şəkərli diabet, yüksək qan təzyiqi, qaraciyər piylənməsi varsa, bu şəxslərdə də əməliyyat icra edilir.

Bəs mədəkiçiltmə əməliyyatları ilə bağlı yaş məhdudiyyəti varmı? Bariatrik əməliyyatların fəsadları olurmu? Əməliyyatdan sonra yenidən piylənmə yarana bilərmi? Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatları barədə nələri yanlış bilirik?

Bir çox sualların cavabı ilə videoda tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR