XƏBƏR

Hamilələrdə və uşaqlarda dəmir çatışmazlığı nəyə səbəb olur?

date 22 Aprel 2020

Hamilələrdə və uşaqlarda dəmir çatışmazlığı nəyə səbəb olur?

Hamiləlik və erkən uşaqlıq dövründə dəmir çatışmazlığının aşkar edilməsi çox vacibdir.

e-tibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkliatının (ÜST) Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, iki yaşa qədər uşaqlarda dəmir çatışmazlığı beynin inkişafına əhəmiyyətli və qalıcı təsir göstərə, o cümlədən gələcəkdə öyrənmə və məktəb fəaliyyətində mənfi nəticələrə gətirib çıxara bilər.

Əgər anada hamiləliyin son üç aylıq dövründə dəmir çatışmazlığı varsa, bu, uşağın idrak inkişafına da təsir göstərə bilər.

Fərdi qaydada və əhalidə dəmir çatışmazlığını qiymətləndirmək üçün ferritin konsentrasiyalarının istifadəsinə dair ÜST-nin yeni hazırladığı təlimat tibb işçilərinə dəmir çatışmazlığını erkən aşkarlamağa və ağır nəticələrin qarşısını almağa kömək edəcək.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR