BLOQ

Hamilələrdə görmə problemləri: Təbii doğuşa hansı göz xəstəlikləri mane olur?

date 26 May 2020

Hamilələrdə görmə problemləri: Təbii doğuşa hansı göz xəstəlikləri mane olur?

Görmə orqanı fizioloji hamiləlik zamanı baş verən hormonal dəyişiklik fonunda bəzi təsirlərə məruz qalır. Ödem, buynuz qişanın minimal qalınlaşması, onun həssaslığının dəyişməsi, hamiləliyin ikinci yarısında, doğuşdan təxminən 2 ay sonra əvvəlki vəziyyətə qayıdan təzyiqin enməsi halları müşahidə olunur. Bu səbəbdən hamiləlik zamanı bir çox  qadınlar görməsində zəiflik hiss edirlər. Bəzən​ 27-30 faiz hallarda hamilələrdə qapaq sallanması (ptoz) müşahidə olunur, bu hal öz-özünə bərpa olunmasa, cərrahi yolla tənzimlənir. Torlu qişa arteriyalarının hamiləliyin sonu və doğuş önü​ mərhələdə bərpa olunacaq daralması uşaqlıq-plasentar qan dövranını lazımi səviyyədə saxlanılması üçün fizioloji reaksiya olaraq orqanizmin damarlarının spazmı ilə əlaqədardır.
Görmə orqanının​ patoloji hamiləlik zamanı ən tez özünü büruzə verən zədələnməsi göz dibi dəyişikliyidir.
Göz dibi damarlarının müxtəlif dərəcəli​ daralması, angioretinopatiyalar müşahidə olunur. Bəzən​ hamiləliyin dayandırılmasına​ məcburiyyət olan vəziyyətlər müşahidə oluna bilər. Mütləq göstərişlər bunlardır: hestozlar zamanı-torlu qişanın eksudativ qopması, hipertonik neyroretinopatiya, qansızmalı​ arteriospastik retinopatiya, retinoşizisin (laylanma) degenerativ forması, mərkəzi retina venası trombozu, korreksiya olunmayan torlu qişa damarlarının kəskin​ spazmı...

Hamilərdə təbii doğuşa əks göstəriş eynək nömrələri ilə deyil, göz dibinin, retinanın vəziyyətinə görə müəyyən edilir. Adətən mioplarda göz dibində dəyişikliklər olur, bunu nəzərə alaraq hamiləlik vaxtı  yalnız miopiya​lı (mənfi nömrəli eynək daşıyıcılarına) qadınlara ginekoloqlar göz dibi müayinəsi məsləhət görürlər, halbuki eynək nömrələrinin yüksək yaxud kiçik, mənfi və ya müsbət olması təbii  doğuşa əks göstəriş faktı daşımır. Eynək istifadə etməyən pasientlərdə belə  təbii doğuşa oftalmoloji əks göstəriş aşkarlana bilər.
Mioplarda rast gələn periferik vitreoretinal distrofiya  (PVRD-72.3%) torlu qişa qopmasında rol oynayır. PVRD proqnostik​ təhlükəli formaları: xəlbirvari” distrofiya, periferik retinal yırtıqlar, xüsusilə ekvator lokalizasiyalı yırtıqlar və retinoşizisdir (laylanma).

PVRD
(periferik vitreoretinal distrofiya ) təhlükəli forması olan bütün hamilələrə məhdudlaşdırıcı​ lazerkoaqulyasiya məsləhətdir. Refraksiya növündən asılı olmayaraq​ bütün hamilələr 10-14 həftəlik periodda maksimal midriazla​ (genişləndirilmiş bəbək) müayinə olunmalıdır. Göz dibində patoloji vəziyyət aşkarlanmasa, ya təhlükəsiz PVRD formasında lazerkoaqulyasiya tələb olunmasa, 36-37-ci həftədə təkrar müayinə məsləhətdir. Mənfi dinamikalı göz dibi​ dəyişiklikləri zamanı hamiləlik təbii doğuşla tamamlana bilər. Pasientin razılığı ilə aşkarlanmış PVRD profilaktik lazer koaqulyasiyası icra oluna bilər, 2 həftə sonra təkrar müayinə aparılır. PVRD geniş zonada müşahidə olunduğu​ halda isə bir neçə etapda​ lazerkoqaulyasiya icra olunur. Bütün nazilmiş hissələr və yırtıqlar tam blokada olunduqdan sonra təkrar 36-37-ci həftədə müayinə nəticələri​nə əsasən doğuşun təbii, yaxud cərrahi metodla olması  müəyyən edilir. 37-ci həftədən sonra aşkarlanmış PVRD təbii doğuş “tor qişa​ qopması” riski​ daşıdığına görə məhdudiyyətli​ “qovma” mərhələsi ilə icra olunmalıdır. Keysəriyyə əməliyyatına mütləq oftalmoloji​ göstərişlər isə lazer koaqulyasiya icra etmək mümkün olmadığı hallarda, hamiləliyin 30-40-cı həftələrində icra olunmuş torlu qişa qopması əməliyyatı, tək görən gözdə keçirilmiş əməliyyatlar zamanı sayılır.
Növbəti etapda bütün qadınlar doğuşdan sonrakı​ 1-2-ci sutkada, 4 həftə sonra və doğuşdan 6 ay sonra​ oftalmoloq müayinəsi keçməlidirlər. Bu etapdan bashqa PVRD aşkarlanmış​ və tor qişa qopması əməliyyatı keçirmiş​ bütün qadınlar​ ildə ən azı 1 dəfə göz müayinəsi​ olunmalıdırlar.

Hamiləlik hestozları- nefropatiya zamanı​ damar və böyrəklər zədələnir, arterial hipertenziya və proteinuriya ilə xarakterizə​ olunur. 2-3-cü dərəcəli hamilə nefropatiyasında göz dibində dəyişiklik izlənilir. Nefroretinopatiya hemorragiya (qansızma), eksudativ “pambıqvari” ocaqlar, makulyar hissədə “ulduz” fiqurun yaranması ilə müşahidə olunur. Ağırlaşmış vəziyyətlərdə 2 tərəfli torlu qişa​ eksudativ​ qopması müşahidə edilə, bu isə görmənin itirilməsinə səbəb ola bilər. Bu risklər nəzərə alınmalı, şikayət olsa da, olmasa da hamilələr 1 və 3-cü trimestrdə oftalmoloji müayinədən keçməlidirlər.

Aynurə Əliyeva-Oftalmoloq, Tibb üzrə fəlsəfə doktoru 

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR