XƏBƏR

Günvurmanın əlamətləri: İsti yay günlərində bunlara DİQQƏT!

date 24 İyul 2020

Günvurmanın əlamətləri: İsti yay günlərində bunlara DİQQƏT!

Günvurmaı yayda ən çox rast gəlinın haldır. Günvurma zamanı istinin təsiri nəticəsində orqanizmin normal fəaliyyəti pozulur. Günəş şüalarının təsirinə uzun zaman məruz qalmaq ağır fəsadlara səbəb ola bilər.

e-tibb.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Ailə Həkimləri Federasiyasının mütəxəssisləri isti havalarda Günəş vurmasına qarşı görülməli olan tədbirləri açıqlayıb.  Hesab olunur ki, çox isti havada Günəş şüasının təsirinə məruz qalmaq, bir neçə saat birbaşa şüaların altında olmaq, maye qəbul etmədən tərləmə orqanizm üçün təhlükələrə yol açır. Bundan başqa, isti havada əlavə olaraq uzun zaman fiziki aktiv olmaq, idman hərəkətləri etmək də günvurmanın əlavə risklərini artırır.

Günvurmanın əlamətləri necə olur? Günvurma baş ağrısı, baş gicəllənməsi, halsızlıqla özünü göstərir. Bu zaman tərləmə azalır. Bu halda dəri isti, qızarmış və quru olur. Nəbz vurması, tənəffüs ritmi artır. Bəzən hətta gün vuran şəxsdə şüur itkisi yarana, oriyentasiyanın pozulması da baş verə bilər. Ürəkbulanma da əlamətlərdən biri hesab olunur. Simptomlar hərədə bir az fərqli olsa da, ümumi olaraq halsızlıq, yorğunluq yaranır, bu da bədənin istilik mexanizminin pozulmasından qaynaqlanır. Ümumiyyətlə, günvurma ən çox isti yay günlərində günorta zamanı, Günəş şüaları dik şəkildə, birbaşa düşdükdə baş verir.

Həkimlər hesab edir ki, Günəş vurmasına qarşı ehtiyatlı olmaq, xüsusilə günorta vaxtı, şüalar dik düşən zaman mümkün qədər qorunmaq lazımdır. Papaq, ləçək, çətir kimi aksessuarlarla şüalardan qorunmaq vacibdir. İncə, tərlətməyən, sintetik olmayan parçalardan hazırlanmış açıq rəngli, bol geyimlərdən istifadə edilməlidir. Xüsusilə isti günlərdə ağır və gərgin işlərdən, idman məşqlərindən çəkinmək lazımdır.
Mümkün qədər ilıq d alınmalıdır. Ağır, yağlı, həzm olunmayan qidaların əvəzinə asan həzm olunan yüngül qidalara üstünlük verilməlidir.

Mütəxəssislər hesab edir ki, hazırda koronavirus pandemiyası ilə mübarizə aparılan bir zamanda həmişəkindən daha çox ehtiyatlı olmaq və qaydalara maksimum riayət etmək lazımdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR