XƏBƏR

Gündə bir fincan qəhvə, 2-3 fincan yaşıl çay içsəniz...

date 24 Aprel 2019

Gündə bir fincan qəhvə, 2-3 fincan yaşıl çay içsəniz...

Qəhvə və yaşıl çay içmək iflic olma riskinin azalmasına səbəb olur.

Bu məlumatı uzman nevroloq Nərgiz Ağayeva özünün facebook səhifəsində paylaşıb. Məlumata görə, yapon alimləri 83 269 insanın 13 il ərzində qəhvə və yaşıl çay istifadə etməsini müşahidə edərək bu nəticəyə gəliblər. Bundan əlavə, çəki, içki, siqaret çəkmə, qidalanma, idman kimi faktorlar da nəzərə alınıb. Araşdırmanın nəticəsində qəhvə və yaşıl çay içən insanlarda daha az iflic olma riski müəyyən edilib. Gündə bir fincan qəhvə içən şəxs çox nadir hallarda qəhvə içən insana görə 20% daha az iflic olma riski daşıyır. Gündə müntəzəm 2-3 fincan yaşıl çay içən insan isə çox az yaşıl çay içənlə müqayisədə 14% daha az risk altındadır. Qəhvə və yaşıl çaydakı hansı maddənin və ya maddələrin bu riski azaltdığı bilinmir. Araşdırmanın başlanğıcında gündə iki fincandan çox qəhvə içənlərin ürək problemləri yaşadığı müşahidə olunsa da, sonrakı illərdə bu ürək rahatsızlıqların qəhvə istifadəsi ilə heç bir əlaqəsinin olmadığı aşkarlanıb.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR