XƏBƏR

Gülben Ergeni formada saxlayan XURMA PƏHRİZİ

date 26 Yanvar 2019

Gülben Ergeni formada saxlayan XURMA PƏHRİZİ

Xurma-qatıq pəhrizi son son zamanların ən məşhur pəhrizlərindən biridir. Bir həftədə təzminən 5 kilo arıqlamağa səbəb olduğu deyilir. Türkiyənin məşhur sənətçisi Gülben Ergen de bu pəhrizdən istifadə edir. Bəs xurma-qatıq pəhrizinin faydaları nədir, necə tətbiq olunur? E-tibb.az bu pəhrizlə bağlı məlumatı

Xurma-qatıq pəhrizi müəyyən müddət ərzində bu iki qida ilə tətbiq olunan arıqlama üsuludur. Rasionda qatıq, xurma və sudan başqa heç bir qida yer almır. Bu pəhriz göbək yağlarını əridir, 7 gündə təxminən 5 kilo arıqladır.

Faydaları

Xurma da, qatıq ayrı-ayrılıqda sağlamlığa olduqca faydalı qidalardır. Xurma yağ, kalsium, dəmir, vitaminlər və proteinlə zəngindir. Qatıq isə kalorisi yox dərəcədə olan protein qaynağıdır. Proteinlər isə orqanizmi uzun müddət tox tutur, əzələlərin qurulmasına və bərpasına kömək edir. Bu pəhrizi tətbiq edən zaman qəbizlik problemi də olmur.

Zərəri varmı?

Bu pəhriz bir növ qidalanma proqramından ibarət olduğu üçün orqanizm bəzi vitaminlərdən və minerallardan uzaq qalır. Bu baxımdan xurma-qatıq pəhrizini çox uzun müddət tətbiq edilməməlidir. Konkret desək, bir həftədən çox istifadə etmək məsləhət deyil. Ümumiyyətlə, hər hansı pəhrizə başlamadan əvvəl mütəxəssislə məsləhətləşmək yaxşı olar.

Necə tətbiq olunur?

Xurma-qatıq pəhrizində gündə 21 xurma, 3 kasa qatıq yeyilir. Bir xurma təxminən 42, bir kasa isə 110 kaloridir. Yəni bu pəhrizlə gündəlik qəbul eilən kalorinin miqdarı 1200-1300 arasındadır.

Nümunə:

1-ci gün:

Səhər-günorta-axşam: 1 kasa qatıq (1 finsan südlə də əvəz etmək olar) ilə 7 xurma

2-ci gün:

Səhər: 1 kasa qatıq və ya 1 fincan südlə 5 xurma

Ara pay: 2/3 kasa qatıq və 3 xurma

Günorta: 1 kasa qatıq və ya 1 fincan südlə 5 xurma

Ara pay: 2/3 kasa qatıq və 3 xurma

Axşam: 1 kasa qatıq və ya 1 fincan südlə 5 xurma

Yəni gündəlik xurma sayı 21-i, qatıq isə 3 kasanı keçməməlidir.

Pəhriz saxladığınız müddətdə bunlara diqqət edin!

- Gündə 2-3 litr su için.

- Hər gün ən azı 30 dəqiqə piyada gəzin.

- Bu pəhrizi ən çox 7 gün tutun. Bir həftədən çox tətbiq etsəniz, orqanizminiz zərər görə bilər.

- Pəhriz müddətində səhəri gün yeyəcəyiniz xurmaları gecədən suyun içində saxlaya bilərsiniz. Yumşalan xurmalar bağırsaqların hərəkətini asanlaşdıracaq, tox tutma müddətini artıracaq.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR