XƏBƏR

Gözlərin əvəzolunmaz dərmanı sayılan bu giləmeyvə əslində…

date 18 Dekabr 2019

Gözlərin əvəzolunmaz dərmanı sayılan bu giləmeyvə əslində…

Xalq təbabətində ən çox istifdaə edilən və ən faydalı sayılan bitkilərdən biri, “giləmeyvələrin şahı” adlandırılan qaragilədir. Onun faydaları çox olsa da, hər zaman əsasən gözlərin dərmanı olduğu bildirilirdi. Qaragilə hətta katarakta və qlaukoma kimi göz xəstəliklərinin profilaktikasında əvəzolunmaz vasitə sayılıb.

e-tibb.az xəbər verir ki, son araşdırmalara görə, həkimlər əvvəllər ən çox göz  üçün faydalı hesab edilən qaragilənin əslində görmyə minimal təsir göstərdiyini açıqlayıblar. Alimlər hesab edir ki, qaragilə ürək üçün çox faydalıdır.

Təzə qaragilə polifenollarla, mikroelementlərlə və liflə zəngindir. Antioksidantların mənbəyi olmaqla bərabər, qlükozanın parçalanmasını və mənimsənilməsini gücləndirir, erkən qocalmaya qarşı təsir göstərir.

Bu giləmeyvə miokardın iltihabı ilə effektiv mübarizə aparmaq və qan damarlarının divarlarında çökən və infarkt və insulta aparan xolesterinin meydana gəlməsini əngəlləyir. Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün gündə bir çay qaşığı  qaragiləni rasiona daxil etmək məsləhət görülür.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR