XƏBƏR

Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanacaq

date 15 Yanvar 2021

Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanacaq

Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanacaq.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

Qeyd edək ki, ölkədə ilkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur.

Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılacağı bildirilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR