XƏBƏR

Əyri pəncəli 4 aylıq körpə əməliyyat olunub

date 16 Mart 2019

Əyri pəncəli 4 aylıq körpə əməliyyat olunub

Dünyada, eləcə də Azərbaycanda əyripəncəliyə geniş rast gəlinir. Bəzən düzdabanlılıq adlandırılan bu xəstəlik insanda uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər gəlib çıxa bilir.

Ona görə də mütəxəssislər hesab edir ki, bunun müalicəsi mümkün qədər tez aparılmalıdır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əyripəncəlikdən əziyyət çəkən 4 aylıq körpə bir neçə mərhələdə müalicə olunub. Klinikanın travmatologiya və ortopediya şöbəsinin cərrahı Nicat Səttarov bildirib ki, anadangəlmə ayaq əyriliyi olan körpə son mərhələdə əməliyyat olunub:

“Müalicənin əvvəlində biz əyriliyi 4 mərhələli gipslə düzəltdik. Buna kensept metodu deyirik. Hazırda axırıncı - dördüncü mərhələdəyik və uşaqda tenotomiya əməliyyatını apardıq. Əməliyyatdan sonra 4 həftə ərzində ayaq gipsdə saxlandıqdan sonra açılır. Daha sonra uşaq xüsusi ayaqqabı geyinməlidir. Bir müddətdən sonra artıq ayaq tam normal formalaşır”.

 

e-tibb.az

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR