XƏBƏR

Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir?

date 6 Sentyabr 2020

Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir?

Enerjili içkilərdən istifadə edənlər arasında uşaq və yeniyetmələr də çoxdur. Bu içkilərin ziyanları barədə mütəmadi olaraq açıqlamalar verilsə də, artıq bir çoxlarında içkiləri qəbul etmək vərdiş halını alıb. Enerjili içkilər uşaq və yeniyetmələrə necə təsir edir? Bu içkilər onların orqanizmində hansısa fəsadlara səbəb ola bilərmi?

e-tibb.az bununla bağlı pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

Son vaxtlar təkcə idmançılar deyil gənclər arasında da enerji içkiləri çox içilməkdədir. "Yorğunluğum çıxsın", “yuxum gəlməsin", "başım ağrımasın", deyə bunları bolluca içənləri hər yerdə görmək olar.

Bu içkilər içində kofein, guarana, taurin, jenşen, L karnitin, kreatin, yohimbin, tiramin kimi stimulyasiya edici maddələrlə birgə, vitamin, karbonhidratlar,elektrolitlər də ehtiva edir. Dadları yaxşı olduğu, susuzluğu yatırmaları və əlavə enerji səbəbi ilə şirnikləndiricidirlər.

Bu maddələrin idmançı uşaq və yeniyetmələrin qidalanmasında işlənməsi normal hal deyil. Çünki əsəbilik, ürək döyünməsi, yuxusuzluq kimi əlavə təsirləri var. Məsələn, bəzi içkilərdə kofein 50 mg miqdarındadır ki, aludəçilik yarananda diqqətsizlik, başağrısı, depressiya, əzələ ağrısı, qusma, yorğunluq kimi hallar ortaya çıxır. Limon turşusu dişlərdə karies yaradır.
İdman içkiləri isə sadəcə, tərlə itirdikləri su və elektrolitləri bərpa edərək vitamin və karbohidratları zəngin olan dadlandırılmış mayelərdir. Əziz valideynlər və məşqçilər, uşaqların bu içkilərdən istifadəsinə imkan verməyin.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR