XƏBƏR

Duman olacaq, külək güclənəcək - Hava proqnozu

date 4 Yanvar 2019

Duman olacaq, külək güclənəcək - Hava proqnozu

Bakı və Abşeron yarımadasında yanvarın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər saatlarında duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən e-tibb.az saytına verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-12, Bakıda gecə  4-6, gündüz 10-12  dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  761  mm  civə  sütunundan  765  mm  civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 5-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda isə bildirilir ki, Bakı və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR