XƏBƏR

Depressiya ilə mübarizə üçün yeni üsul tapılıb

date 12 Fevral 2019

Depressiya ilə mübarizə üçün yeni üsul tapılıb

Alimlər depressiya ilə mübarizədə dadlı üsul tapıblar. Belə ki, Los-Anceles Kaliforniya Universitetinin mütəxəssislərinin araşdırmalarına görə, qoz ləpəsi psixi pozğunluqların profilaktikası baxımından ideal vasitədir.

Tədqiqat zamanı 26 min insanın məlumatları Milli Sağlamlıq və Qida Ekspertiza Mərkəzində təhlil edilib. Tez-tez ləpə qəbulundan asılı olaraq, həmin şəxslər bir neçə müxtəlif qrupa bölünüblər. Alimlər öz işlərində siqaret və alkoqoldan istifadə amillərini də nəzərə alıblar.

Araşdırma nəticəsində məlum olub ki, digər ləpələrdən istifadə edənlərlə və yaxud öz qida rasionunda ləpə daxil etməyənlərlə müqayisədə, bir gündə heç olmasa 24 qram qoz ləpəsi qəbul edən şəxslərdə depressiya halları 26% daha az müşahidə olunur.

Maraqlıdır ki, qoz ləpəsindən istifadə etməklə depressiyanın səviyyəsinin azalması, kişilərlə müqayisədə daha çox qadınlarda müşahidə olunur.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR