XƏBƏR

Daban çatlarının qarşısını alan TƏBİİ ÜSULLAR 

date 10 İyun 2019

Daban çatlarının qarşısını alan TƏBİİ ÜSULLAR 

Əsasən qadınları narahat edən daban çatları yay aylarında daha çox özünü büruzə verir.

Bu çatları aradan qaldırmaq isə çox zaman mümkünsüz sayılır.

e-tibb.az daban çatları ilə bağlı həkim-fitoterapevt Fizuli Hüseynovun fikirlərini təqdim edir: 

Bəzən illərlə sağalmayan daban çatlamaları dəridə karotinin və mineralların çatışmazlığı nəticəsində əmələ gəlir. Zaman keçdikcə dəriyə elastiklik verən liflər parçalanır, həmçinin onun möhkəmliyini təmin edən kollagen liflərin dağılması baş verir, nəticədə dərinin tamlığı pozulur, çatlayır və müalicəyə çox çətin tabe olur.

Daban çatlarının qarşısını almaq üçün sadə, təbii bir üsulu nəzərinizə çatdırıram. Çatın böyük və kiçikliyindən asılı olaraq müəyyən miqdar keçi piyi ocaqda azca əridilir, sonra həmin miqdar qarazirə yağı əlavə olunur. Oddan götürüləndən sonra bir-birinə yaxşı  qarışdırılır. Dabanlar gündə bir dəfə həmin qarışımla masaj olunur.

Başqa bir resept: 3 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, soyudulur, süzülərək soyuducuya qoyulur. Pambıqla çatlara gündə 2 dəfə vurulur.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR