XƏBƏR

Covid-19-un “super yayıcıları”: Ölkələrdə yoluxanların, ölənlərin sayında fərqin səbəbi açıqlanıb

date 26 May 2020

Covid-19-un “super yayıcıları”: Ölkələrdə yoluxanların, ölənlərin sayında fərqin səbəbi açıqlanıb

Covid-19 virusuna istər yoluxanların, istərsə də infeksiyadan ölənlərin sayının, faiz nisbətinin müxtəlif ölkələrdə çox fərqli olması suallar doğurur. Bəziləri bunu fərqli ölkələrdə virusun fərqli ştamlarının yayılması, eləcə də hər xalqın özünə məxsus immunitetinin olması ilə əlaqələndirirlər. Amma argentinalı alimlər bununla bağlı fərqli düşüncədədirlər.

e-tibb.az xəbər verir ki, onlar hesab edir ki, bu fərqlilik koronavirusun “super yayıcıları” deyilən amillə əlaqəlidir. Argentinalı alimlərə görə, müxtəlif ölkələrdə yoluxmanın qeyri-bərabərliyi koronavirusun ştamı və millətlərin immuniteti ilə əlaqəli deyil. Bu, super yayıcılardan - çoxlu sayda virusu həmvətənlərinə ötürən insanların mövcudluğundan və ya olmamasından asılıdır. Bu fərziyyə, Litoral Milli Universitetinin tədqiqatçısı Pablo Beldenomeniko tərəfindən müxtəlif ölkələrdə insidentlərin artmasını təhlil edilərək irəli sürülüb. Onun sözlərinə görə, super yayıcılar  SARS-CoV-2-nin elə daşıyıcılarıdır ki, onlar orta yoluxmuş insandan daha çox insanları yoluxdura  bilərlər. Alimin fikrincə, məhz bu, müxtəlif ölkələrdə əhəmiyyətli dərəcədə fərqlənən ölüm faizlərinin müxtəlifliyini izah etməyə imkan verir. Üstəlik, alim istisna etmir ki, SARS-CoV-2 -nin həm də asimptomatik olması  belə xəstələri çox geniş yayılmağa başlayan infeksiyanın super yayıcısına çevirir. Mütəxəssis hesab edier ki, burada yalnız infeksiya faktı deyil, eyni zamanda bir insanın yoluxduğu virusların miqdarı (virus yükü) də vacibdir. Böyük  virus yükü almış bir insan həqiqətən super yayıcı  ola bilər.
Rusiya Kimyəvi Fizika və İqtisad İnstitutunun elmi işlər üzrə direktor müavini Oleq Batişev isə deyib ki, virus, ümumiyyətlə, təcrübədə istifadə olunan modellərdə olduğu kimi  bütövlükdə insanı deyil, bir insanın hüceyrələrini yoluxdurur. Müvafiq olaraq, vücuda girən bir virus bir hüceyrəni yoluxdurur və  sonra  bu virus öz nübbəsində 100 yeni virusun yaranmasına səbəb olur. Ancaq bir insana 100 virus daxil olsa, nəticədə bu insanda 10 min yeni virus yaranacaq. Bu isə koronavirusun xüsusiyyəti ilə bağlı deyil, sırf hesablamadır. Buna görə də həqiqətən böyük bir virus yükü almış bir insan super yayıcı ola bilər".
Öz növbəsində Kursk Dövlət Tibb Universitetinin eksperimental cərrahiyyə və onkologiya laboratoriyasının əməkdaşı David Naimzada da super yayıcı ehtimalının yüksək olduğunu açıqlayıb.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR