XƏBƏR

Bunları soyuducuda saxlamaq olmaz - SİYAHI

date 15 Fevral 2019

Bunları soyuducuda saxlamaq olmaz - SİYAHI

Soyuducuda saxlanıla bilən və saxlanılması yanlış olan qidalar var. Bəzi məhsullar var ki, onları soyuq və rütubətdə qətiyyən saxlamaq olmaz. Bu məhsullar soyuducuya qoyulan zaman bütün qida dəyərini və keyfiyyətini itirir.

Avokadonu ən yaxşı halda otaq temperaturunda saxlamaq məsləhətdir. Soyuducu bu meyvənin uzun müddət qalması və korlanmaması üçün heç bir rol oynamır.

Bananlar soyuducuda olmağı sevmirlər. Soyuducudakı bananların qabığı kənarda qalanlardan daha tez qaralır.

Reyhan soyuqda qurumağa başlayır və qaralır.

Çörək soyuducuda daha tez köhnəlir.

Qəhvə soyuducunun yüksək nəmliyi nəticəsində öz ləzzətli dadını itirir.

Badımcan daha çox otaq temperaturunda qalmağı sevir və bu şəraitdə daha gec xarab olur.

Bal soyuq şəraitdə saxlanılan zaman onda kristallaşma daha da sürətlənir.

Yemiş və qarpız otaq temperaturunda öz dadını, ətrini və tərkibindəki antioksidantları daha yaxşı qoruyur.

Soğan və sarımsaq soyuducunu, ümumiyyətlə, xoşlamır. Rütubət onları yumşaldır, möhkəm liflərini tezliklə itirir və xarab olur.

Bibər soyuducuda keyfiyyətini itirir və daha tez məhv olur.

Ananas, kivi, manqo və digər tropik meyvələri, ümumiyyətlə, soyuducuda saxlamaq olmaz. Çünki bunlar soyuq havanı heç sevmirlər, soyuducuda keyfiyyətlərini itirirlər.

Kartofun 7 ° C-dən aşağı olan temperaturda dadı dəyişir. Xoşagəlməz şirin dad əmələ gəlir. Belə kartofu qaynadanda və qızardanda tərkibində daha çox kanserogen maddə olur.

Pomidor soyuqda yumşalır və yumşaq toxuması tez xarab olur.

Yaşıl lobya soyuqda keyfiyyətini və görünüş formasını itirir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR