XƏBƏR

Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır

date 18 Aprel 2019

Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır

Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib.

E-tibb.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, 2020-ci il yanvarın 1-dən aşağıdakı dövlət xəstəxanaları TƏBİB-in tabeliyinə veriləcək:

Elmi tədqiqat institutları:

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiolo-giya İnstitutu

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

Tibbi mərkəzlər və birliklər:

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Xüsusiləşdirilmiş Angioloji Mərkəzi

Respublika Perinatal Mərkəzi

Respublika Uşaq Stomatoloji Mərkəzi

Respublika Narkoloji Mərkəzi

Respublika Endokrinoloji Mərkəz

Stasionar müəssisələr:

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

Respublika Uşaq Klinik Xəstəxanası

Müharibə Veteranları Respublika Xəstəxanası

Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası nəzdində Müalicə istehsalat Əmək Emalatxanası

Siyahıya Yazıçılar Poliklinikası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS), Bakı Şəhər Baş Səhiyyə İdarəsi, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Xüsusi Tibbi Təchizat Bazası, Bakıdakı və bölgələrdəki təcili tibbi yardım müəssisələri, regional məntəqələr, şəhər rayon poliklinikaları, xəstəxanalarŞ, bütün tibb məntəqələri, Mərkəzi Qan Bankının bölmələri də daxildir.  

Qeyd edək ki, Azərbaycan Prezidentininin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratmaq tapşırılıb. Fərmanda qeyd edilib ki, 1 yanvar 2020-ci ildən Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilsin. Yalnız Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti Səhiyyə Nazirliyinin tabeliyində qalacaq. TƏBİB dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirəcək. TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləmə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətindədir. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edəcək.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR