XƏBƏR

Bu test döş xərçəngini daha tez aşkarlaya bilər

date 25 Fevral 2019

Bu test döş xərçəngini daha tez aşkarlaya bilər

Alman alimləri hər il dünyada minlərlə qadının ölüm səbəbi olan süd vəzi xərçəngi ilə mübarizədə yenilik əldə ediblər.

Heidelberq Universiteti alimləri döş xərçənginin diaqnostikası baxımından mühüm yenilik sayılan qan testi üzərində çalışıblar. Bir neçə qram qan nümunəsi götürməklə aparılan test zamanı bədəndə xərçəng olub-olmadığına işarət edən biogöstəricilər ölçülür. “HeiScreen” adlandırılan test, xərçəng hüceyrələrini hazırda ilkin diaqnostik texnologiyaların aşkarlaya bilmədiyi mərhələdə müəyyənləşdirməyə imkan verir.

500 xəstə insan üzərində aparılan araşdırmalar bu testin 75 faiz uğurlu olduğunu sübut edib. Bu qan testi gələn ildən etibarən tətbiq olunmağa başlayacaq.

Amma Almaniyada bununla bağlı fərqli fikirlər də səslənib. Almaniya Xərçəng Araşdırmaları Mərkəzi adlı qurumun adından yayılan açıqlamada bildirilib ki, araşdırma nəticəsi barədə əsaslı bir elmi nəşrdə hər hansı məlumat verilmədiyi üçün indidən bu test haqqında fikir bildirmək spekulyasiya olar.

Son məlumatlara görə, hər il dünyada 627 min qadın süd vəzi xərçəngindən vəfat edir.

 

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR