XƏBƏR

Bu infeksiyalara yoluxma azalıb

date 6 Sentyabr 2019

Bu infeksiyalara yoluxma azalıb

“2019-cu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin bağırsaq infeksiyalarının səviyyəsində azalma müşahidə olunub”.

e-tibb.az xəbər verir ki, bunu APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, törədicisi müəyyən olunan kəskin bağırsaq infeksiyaları ilə bağlı 20%, salmanyelozlarla bağlı isə 39,1% azalma müşahidə olunub: “Bakterial dizenteriya ilə bağlı respublika üzrə cəmi 3 fakt qeydə alınıb, yəni yox səviyyəsindədir. Bu müddət ərzində bağırsaq infeksiyaları tək-tək hallarda qeydə alınıb, alovlanma hadisəsi olmayıb. Qeydə alınan bütün xəstələrin vaxtında hospitalizasiyası təmin edilir, onlar haqda məlumat elektron müşahidə sisteminə daxil olunur. Eyni zamanda xəstələrin müalicə və müayinəsi, laborator müayinələri həyata keçirilir”.

Direktor müavini bildirib ki, infeksiya aşkarlanan yerlərdə ərazi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əks epidemik tədbirlərin aparılması təşkil olunur  və bu işlərə nəzarət edilir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR