XƏBƏR

Bu ilin 11 ayında İİV-ə yoluxanların sayı açıqlanıb

date 2 Dekabr 2019

Bu ilin 11 ayında İİV-ə yoluxanların sayı açıqlanıb

2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563 (95%) nəfəri Azərbaycan vətəndaşı, 29-u (5%) isə əcnəbidir.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, bunu QİÇS-lə Mübarizə Mərkəzinin Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

O bildirib ki, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-si qadındır.

N. Zülfüqarovun sözlərinə görə, bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69, 4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır. Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir.

bu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faiz insanda isə yoluxma yolu müəyyən edilməkdədir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR