XƏBƏR

Bu içki infarktdan, damarları zədələrdən qoruyur

date 16 Dekabr 2019

Bu içki infarktdan, damarları zədələrdən qoruyur

Almaniyadan olan mütəxəssis infarkt, yorğunluq və damarları zədələrdən qoruyan içkinin olduğunu müəyyən edib.

E-tibb.az-ın xəbərinə görə, bu barədə Almaniyadakı Witten-Herdecke Universitetinin Radiologiya və Mikrooterapiya kafedrasının professoru Dietrich Grönemeyer Focus.de portalına verdiyi müsahibədə açıqlayıb.

Onun sözlərinə görə, limonlu su nəinki günorta yorğunluğunu aradan qaldırmağa kömək edir, həm də qan damarlarının zədələnməsinin qarşısını alır. Tərkibində olan vitaminlər qan  damarlarının divarlarını qoruyur və infarkt riskini azaldır. Limon əhval-ruhiyyəni yaxşılaşdırır və turş dadına baxmayaraq orqanizmdə əsasən ət, alkoqol və şəkər kimi qidaların yaratdığı və sümüklərə, qığırdaqlara, dəriyə neqativ təsir göstərən turşuluğu neytrallaşdırır. Limon həm də  soyuqdəymədən qoruyur, iltihab əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir.

 
Həkim, ən yaxşı təsir üçün yeməkdən əvvəl bir stəkan limon suyu içməyi məsləhət görüb.

 e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR