XƏBƏR

Böyrək daşları zamanı pəhriz: Nələri yemək olmaz?

date 26 İyun 2019

Böyrək daşları zamanı pəhriz: Nələri yemək olmaz?

Böyrək daşlarının yaranmaması, eləcə də daşların müalicəsində xalq təbabətinin rolunun olduğu heç kimə sirr deyil. Hətta mütəxəssislər də lazımi məqamlarda xalq təbabəti üsullarından istifadə edilər.

e-tibb.az həkim-fitoterapevt Elnur Eldaroğlunun böyrək daşları zamanı tövsiyə etdiyi pəhriz proqramını təqdim edir:

Urat daşları zamanı pəhriz

Məsləhətdir

Qələvi mineral sular, süd və süd məhsulları (pendir, qatıq, kəsmik ), kərə yağ, yumurta, tərəvəzlər (badımcan, bolqar bibər, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, buğda və çovdar çörəyi, makaronlar.

Məhdudlaşdırılır

Duz, ədviyyatlar, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlərdən (ispanaq,quzuqulağı), meyvələrdən (moruq, əncir).

Qadağandır

Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonu, qırmızı şərab, pivə, şokolad.

Oksalat daşları zamanı pəhriz

Məsləhətdir

Tərkibində oksalat turşusunun miqdarı 0,9 qr/kq-a qədər olan məhsullar:

Brüssel kələmi, ağ və gül kələm növləri, kartof, banan, ərik, üzüm, armud, balqabaq, xiyar, noxud. bütün növ yarmalar, ağ çörək, bitki yağları, süd məhsulları.

Məhdudlaşdırılır

Tərkibində oksalat turşusunun miqdarı 1-3 qr/kq olan məhsullar:

Yerkökü, yaşıl lobya, kasnı, soğan, pomidor, mal və toyuq əti, qaraciyər, bəzi balıq növləri (treska).

Tərkibində oksalat turşusunu miqdarı 3-10 qr/kq olan məhsullar:

Qadağandır

Kakao, şokolad, tünd çay, qəhvə,çuğundur, kərəviz,ispanaq,quzu qulağı, cəfəri, qatı bulyonlar və tərkibində çox miqdarda C vitamini olan məhsullar – qara qarağat, çiyələk, sitruslar, anton alması və polivitaminlər.

Fosfat daşları zamanı pəhriz

Məsləhətdir

Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvə (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, kakao, itburnu dəmləməsi, şəkər, bal, qənnadı məmulatları,

Məhdudlaşdırılır

Duz, ədviyyat, qələvi mineral sular, qoz, tərəvəzlərdən (badımcan, bibər).

Qadağandır

Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlərdən (kartof, kələm, yerkökü, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu, hisə verilmiş ət və balıq, piylər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR