XƏBƏR

Boynu ağrıyanlar üçün faydalı və asan HƏRƏKƏTLƏR

date 27 İyul 2019

Boynu ağrıyanlar üçün faydalı və asan HƏRƏKƏTLƏR

Onurğa fəqərələri arasında disk yırtıqları son illərdə ən çox yayılan problemlərdən biridir. Bel yırtıqlarından sonra ikinci yerdə onurğanın boyun hissəsinin yırtıqlarına rast gəlinir. Yırtıqlar isə heç də hər zaman cərrahiyyə əməliyyatı ilə müalicə olunmur. Onların müalicəsində fizioterapiya, idman hərəkətlərinin çox böyük yeri var.

e-tibb.az fizioterapevt, uzman həkim Sənan Cəfərovun boyun disk yırtıqları zamanı evdə edə biləcəyimiz idman hərəkətləri barədə məsləhətlərini təqdim edir:

Boynunuzu gərərək başınızı önə və arxaya doğru hərəkət etdirin

Başınızı sağa və sola çevirin

Başınızı qulaqlarınız çiyinlərə yaxınlaşacaq şəkildə əyin

Çiyinlərinizi öncə yuxarı, sonra geriyə çəkin

Başınızı əllərinizlə geriyə doğru itələyib əks istiqamətdə dirənin

Əlinizlə başınızı itələyib başınızla əks istiqamətdə dirənin

Əllərinizi başın arxasında birləşdirin başınızı önə itələyib başınızla dirənin

Mütəxəssis deyib ki, bu hərəkətləri etməkdə məqsəd boyun əzələlərini gücləndirib təbii korset formalaşdırmaq, həmin bölgədəki onurğa sümüklərinə düşən yükü azaltmaq və bərabər paylamaqdır. Bu idmanlar eyni zamanda qan dövranını artırır, boyunun hərəkət həcmini geri qaytarır, normal duruş, rahatlıq yaradır, kürək və çiyin nahiyəsindəki tutulmanı azaldır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR