XƏBƏR

Bir xəstəliyin çoxsaylı əlaməti: Keyləşmə, göynəmə, baş ağrısı, eşitmə, görmə zəifliyi

date 2 İyul 2019

Bir xəstəliyin çoxsaylı əlaməti: Keyləşmə, göynəmə, baş ağrısı, eşitmə, görmə zəifliyi

Radikulit - fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Bu xəstəliyə oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox təsadüf edilir.

Bunu fizioterapiya və reabilitasiya mütəxəssisi Pərvin Əkbərov bildirib.

Onun sözlərinə görə, radikulitin əlamətləri zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsi, keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi və s.-dir. Bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.

Radikulitin səbəbləri hansılardır?

Radikulit 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Müasir insanların az hərəkətli həyat tərzi bu xəstəliyin cavanlaşmasına və artmasına səbəb olur.

Radikulitin yaranmasına bunlar da təsir edir:

İnfeksiyalar (qrip, difteriya, angina, revmatizm, malyariya, brusellyoz)

Müxtəlif intoksikasiyalar

Onurğanın müxtəlif patoloji dəyişikliklərində

Mübadilə pozğunluqları (artıq çəki)

Ağırlıq qaldırma

Stress

Hamilə xanımlarda çəkinin kəskin artması

Boyun radikuliti- onurğa beyninin boyun şöbəsində çıxan sinir kökcüklərinin iltihabı nəticəsində baş verən, boyun, çiyin və baş ağrıları və qolun keyiməsi ilə müşayiət edilən patologiyadır. Onurğanın boyun şöbəsi 7 fəqərədən ibarətdir, ən çox prosesə 4-5-6-cı fəqərələrdən çıxan sinir kökləri məruz qalır. Xəstəlik çiyin və yuxarı ətraflara irradiasiya edən kəskin kəsici ağrılar, ənsə və gicgah nahiyəsində intensiv baş ağrıları, başgicəllənmə, boyun əzələlərinin gərgin və ağrılı olması, boyun-çiyin və yuxarı ətrafların keyləşməsi, “qarışqa gəzməsi” hissinin əmələ gəlməsi, yuxarı ətraflarda hərəkət və əzələ gücünün zəifləməsi ilə özünü büruzə verir. Eyni zamanda xəstələrdə ümumi zəifləmə, halsızlıq, bədən temperaturunun yüksəlməsi, ürəkbulanma da qeyd edilir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur...

e-tibb.az

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR