XƏBƏR

Bir dəfə koronavirus olan yenidən bu xəstəliyə yoluxmur?

date 23 Mart 2020

Bir dəfə koronavirus olan yenidən bu xəstəliyə yoluxmur?

Koronavirus xəstəliyi – COVİD-19 keçirən şəxslərin orqanizmində ona qarşı immunitet  yaranıb-yaranmaması barədə suallar tez-tez verilir. Bir sıra yoluxucu xəstəliklərdən sonra bədəndə yaranan immunitet yeni virusa yoluxandan sonra da formalaşırmı? İndiyə kimi mütəxəssislər bu suallara birmənalı cavab vermirlər. Çünki onlar hesab edir ki, hələlik bu yöndə konkret elmi tədqiqat yoxdur.
e-tibb.az xəbər verir ki, Rusiya Federasiyasının Baş dövlət sanitar həkimi Anna Popova isə bu gün ölkənin 1-ci kanalında “Pozner”in proqramında “Bugünkü tədqiqatlar göstərir ki, bəli, yeni koronavirusun yaratdığı infeksion xəstəlikdən sonra immunitet yaranır", deyə bildirib.

Onun sözlərinə görə, tədqiqatlar təsdiq edir ki, orqanizmi təkrar yoluxmadan qoruyan M və G  immunoqlobulinləri qanda müəyyən edilir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR