BLOQ

Bir çox problemlәrin vә xәstәliklәrin dәrmanı

date 11 Sentyabr 2019

Bir çox problemlәrin vә xәstәliklәrin dәrmanı

Yuxu bir çox problemlәrin vә xәstәliklәrin dәrmanıdır. Orqanizm məhz yuxuda gücünü, enerjisini bәrpa, bir çox fiziki vә psixoloji problemlәri müalicә edir. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, onda mütlәq hәkimә müraciәt etmәk lazımdır. Həkim heç bir problem aşkarlamasa, yuxusuzluğa qalib gәlmәyin qaydası bunlardır:

Yuxu üçün düzgün yer seçilmәlidir. Sәrt yerdә yatmaq daha faydalıdır, hәmçinin yastıq rahat olmalıdır.

Yataq otağının mikroklimatını unutmamaq lazımdır. Yaxşı havalandırılmış otaqda yatmaq tövsiyә edilir. Məsələn, 22°C deyil, 15°C otaqda yatmaq bizim üçün daha mәslәhәtlidir.

Yuxuya hazırlaşmaq. Yuxusuzluğun әsas sәbәblәrindәn biri insanın yatmaq saatından әvvәl nә ilә mәşğul olmağıdır. Yәni yatmazdan әvvәl filmlәrә baxsaq, kompüterdə oyun oynasaq, idmanla mәşğul olsaq, bu zaman beynin rahatlaması, yuxuya hazırlaşması üçün bir neçә dәqiqә kifayәt deyil. Ona görә әvvәlcәdәn TV-ni, kompüteri şәbәkәdәn çıxarmaq, hәyәcanlı fikirlәri düşünmәmәk lazımdır.

Vanna qәbul etmәk. Vanna qәbulu rahatladıcı tәsirә malikdir, effektini daha da artırmaq üçün çobanyastığı, pişikotu dәmlәmәsi vә ya lavanda yağından istifadə edin.

İyli yağların istifadәsi. Sakitlәşdirici, yumşaq ab-hava üçün yastığın bir ucuna bir neçә lavanda yağından damcılatmaq mәslәhәt görülür.

Mәdәniz nә çox boş, nә dә hәddindәn çox tox olsun. Yuxudan 3-4 saat әvvәl nahar etmәklә mәdәniz hәm ac olmayacaq, hәm dә qida artıq hәzm olunacaq. Çox aclıq hiss etsəniz balla qarışdırılmış bir stәkan süd vә ya qatıq için.

Çalışın saat 00:00 qәdәr yatasınız. Hәr insanın fәrdi bioloji saatı var. Gecә yarısından әvvәl olan hәr yuxu saatı ikiqat effektә malikdir. Mәsәlәn, saat 22.00-da yuxuya getdikdə vә saat 6.00-da oyandıqda özünüzü 8 saat deyil, 10 saat yatmış kimi kimi hiss edəcəksiniz. Hәmçinin eyni saatda yatmaq vә oyanmaq vәrdişi yuxuya getmә prosesinә vә yuxunun keyfiyyәtinә müsbәt tәsir göstәrir.

Nərgiz Ağayeva – Nevroloq, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR