XƏBƏR

Beyin üçün ən ziyanlı və faydalı məhsullar hansıdır?

date 9 Sentyabr 2019

Beyin üçün ən ziyanlı və faydalı məhsullar hansıdır?

Elm adamları beyin üçün ən zərərli məhsulları açıqlayıblar.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, alimlər, qidalanmanın beynin işinə birbaşa təsir etdiyini vurğulayıblar. Mütəxəssislərin fikrincə, qızardılmış qidalar, eləcə də qırmızı ət, yağlı süd məhsulları, yarımfabrikatlar və duz beyinə (eləcə də bütün orqanizmə) çox zərərlidir.

Bundan əlavə, mütəxəssislər beyin üçün çox faydalı sayılan sağlam qidaları da açıqlayıblar. Bildirilir ki, beyin sağlamlığı üçün giləmeyvələr, qoz-fındıq, balıq və digər dəniz məhsulları, zeytun yağı, təzə tərəvəzlər, xüsusən yarpaqlı göyərtilər yemək çox vacibdir. Tərkibindəki çoxsaylı vitamin və mineral sayəsində bu məhsullar beyinə müsbət təsir göstərir.

Həmçinin qida rasionuna digər meyvələr, yağlılığı az olan süd məhsulları, quş əti və dənli məhsullar da daxil edilməsi məsləhətdir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR