XƏBƏR

Beyin anevrizması necə müalicə olunur?

date 17 İyul 2019

Beyin anevrizması necə müalicə olunur?

Beyin anevrizmaları çox təhlükəli patologiyadır. Onlar qanadıqları zaman xəstələrin 15%-i dünyasını dəyişir. Həyatda qalanların 50%-i isə müxtəlif dərəcədə nevroloji qüsurlar ilə həyatlarına davam edirlər.

e-tibb.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin açıqladığı məlumatda bildirilir. Qeyd olunub ki, ölçüsündən və yerləşməsindən asılı olmayaraq, hər bir anevrizma qanama ocağı ola bilər. Bu problemin ideal müalicəsi isə kliplənmədir.

Məlumatda o da bildirilir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 66 yaşında qadın pasiyentdə sol orta beyin arteriyası (MCA) bifurkasiyasında 7.5 mm anevrizma aşkar olunub. Endovaskulyar müalicəyə uyğun olmayan (boynu geniş) anevrizma neyrocərrah Azər Əkbərov tərəfindən açıq əməliyyat ilə kliplənib. Əməliyyatdan sonra heç bir ağırlaşma görülməyib və xəstə potensial ölümcül xəstəlikdən müalicə edilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR