XƏBƏR

Beyin, ağciyər və böyrəklər hansı halda mütləq yoxlanmalıdır?

date 28 May 2020

Beyin, ağciyər və böyrəklər hansı halda mütləq yoxlanmalıdır?

Yeni koronavirusa-COVID-19-a yoluxub sağalandan sonra üç orqan sistemi müayinə olunmalıdır. e-tibb.az xəbər verir ki, ABŞ-dakı Corc Meyson Universitetinin professoru, biologiya elmləri doktoru Ança Baranova COVID-19-dan sağaldıqdan sonra ilk növbədə ağciyəri, böyrəkləri və beyini yoxlamağın vacib olduğunu vurğulayıb: "COVID-19-dan sonra bədəndəki üç əsas sistemi yoxlamaq lazımdır. Ağciyərin vəziyyətini öyrənmək üçün pulmonoloqa müraciət olunmalıdır. Böyrəklərin hansı vəziyyətdə olduğunu bilmək üçün biokimyəvi analiz vermək lazımdır. Əgər analizin nəticəsində hər şey yaxşıdırsa, nefroloqa müraciət etməyə gərək yoxdur, əks halda mütəxəssisə müraciət olunmalıdır”. Onun sözlərinə görə, COVID-19-un böyrəklərin işinə təsir etməsinə dair artıq dəlillər mövcuddur. Ona görə də bu orqanların hansı vəziyyətdə olduğunu öyrənmək üçün qanda glomerular filtrasiya dərəcəsinə (GFR) baxmaq lazımdır.

Bioloq vurğulayıb ki, yoxlanması vacib olan üçüncü sistem-beyin, mərkəzi və periferik sinir sisteminin fəaliyyətidir: “Dəfələrlə qeyd olunduğu kimi, virus neyronlarda iltihab yarada bilir. Koronavirusdan sonra yaddaş pisləşə, diqqət əskikliyi, baş ağrıları yarana bilir. Adətən insanlar belə problemlərə görə, ümumiyyətlə, həkimə getmir, amma COVİD-lə bağlı mütləq nevropatoloqa müraciət etmək lazımdır”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR