XƏBƏR

Beyini zədələyə bilir - Virus baryerləri keçib birbaşa beyinə daxil olur

date 9 Aprel 2020

Beyini zədələyə bilir - Virus baryerləri keçib birbaşa beyinə daxil olur

Koronavirus infeksiyasının beyinə ciddi zərər vurduğu da iddia olunur. Bununla bağlı bir sıra ölkələrdən olan mütəxəssislər fikirlərini açıqlayıb.

e-tibb.az xəbər verir ki, Sankt-Peterburq Politexnik Universitetinin professoru, molekulyar virusologiya və onkologiya ilə bağlı tədqiqat rəhbəri Andrey Kozlov da bildirib ki, qrip və herpes virusları kimi koronavirus  da beyinin müəyyən bölgələrinin ölümünə səbəb ola bilər. Belə ki, COVID-19 olan bəzi xəstələrdə ağciyər pozğunluqları yox, məhz diqqət dalğınlığı və ya epileptik əlamətlər qeydə alınır.

"Əvvəllər də qeyd olunan dad və qoxu itkisi ilə yanaşı, bu cür simptomlar da koronavirus infeksiyasınıin beyin toxumasına da təsir etdiyini göstərir'.

Bundan əlavə, koronavirusa yoluxmuş insanın  immun sistemi sitokinləri  (aktivləşdirilmiş hüceyrələri tərəfindən sintez olunan kiçik molekullu zülal təbiətli mediatorlardırlar) qan dövranına aktiv şəkildə atmağa başlayır, bu da ensefalopatiyanın (beyin qan dövranının pozulması nəticəsində zədələnməsi) inkişafına səbəb ola bilər.
Tümen Biologiya İnstitutunun əməkdaşı Nikolay Karpov isə deyib ki,  sitokinlərin həddindən artıq olması qan damarlarının divarlarına zərər verə bilər, beyində qanaxma yaranar, bu da təsirlənmiş şöbədən asılı olaraq müəyyən nevroloji simptomlara səbəb olar: "Virusun qan-beyin baryerini birbaşa keçərək beyin toxumasına nüfuz etməsi də mümkündür".

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR