XƏBƏR

Baş infeksionist: "Uşaqlar arasında qızılcaya yoluxma halları yoxdur"

date 1 Mart 2019

Baş infeksionist: "Uşaqlar arasında qızılcaya yoluxma halları yoxdur"

“Respublikada tək-tək olsa da, qızılcaya təsadüf olunur”.

Bunu ONA-ya respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, qızılcanın kəskin yayılması yoxdur. Qızılca daha çox peyvənd olunmayan və immuniteti aşağı insanlarda qeydə alınır: “Səhiyyə Nazirliyi tərəfindən ölkəyə 160 min dozada peyvənd gətirilir. Bu proses yəqin ki, martın ortalarına qədər çəkəcək. Qızılcadan qorunmağın əsas yolu peyvəndlərin olunmasıdır. Uşaqlar arasında qızılcaya yoluxma halları yoxdur, çünki onlar peyvənd olunub. Peyvənd olunandan 10 il vaxt keçirsə, onda həsaslıq yaranır və yoluxma halları baş verir”.

Baş infeksionist bildirib ki, hazırda ölkədə başqa epidemik stiasiya sabitdir, kəskin resporator virus infeksiyaları azalıb.

 

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev dünən respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Əmrdə qeyd olunub ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamanda əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR