XƏBƏR

Bakıda poliklinikalar vətəndaşlara həftənin bütün günləri COVID-19-la bağlı xidmətlər göstərəcək

date 17 Noyabr 2020

Bakıda poliklinikalar vətəndaşlara həftənin bütün günləri COVID-19-la bağlı xidmətlər göstərəcək

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR