XƏBƏR

Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçirilib

date 22 Fevral 2020

Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda Azərbaycan-Türkiyə Pediatrik Xəstəliklərin Menecmentinə dair beynəlxalq konfrans keçirilib. e-tibb.az-ın xəbərinə görə, tədbirin təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Beynəlxalq Sağlamlıq və Gözəllik Akademiyası (International Health and Beauty Academy - IHB Academy) və “Uptodate in Medicine”dir. Konfransda Azərbaycan və Türkiyədən olan ekspert-məruzəçilər tərəfindən pediatrik xəstəliklərin müasir diaqnostika və müalicəsi ilə bağlı çıxışlar olunub, müzakirələr aparılıb.

Konfrans Azərbaycan Səhiyyə Nazirliyinin elmi şurası tərərəfindən akkreditasiya olunub və həkimlərə 8 kredit balı təqdim ediləcək. Tədbirdə 500-ə yaxın pediatr qatılıb, Türkiyədən 4 professor olmaqla 15 pediatr iştirak edib. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR