XƏBƏR

Bakıda dördəm doğulub: 2 oğlan, 2 qız

date 29 May 2019

Bakıda dördəm doğulub: 2 oğlan, 2 qız

Azərbaycanda dördəm doğulub. Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dünyaya gələn dördəmlərin ikisi oğlan, ikisi qızdır.

Körpələr Bakıdakı Caspian İnternational Hospitalda dünyaya gəlib.

Xəstəxananın direktoru Aytən Sultanova sosial şəbəkədə dördəmlərin təcrübəli mama-ginekoloq, uzman həkim Aytən Səfərovanın nəzarəti altında doğulduğunu açıqlayıb. Onun sözlərinə görə, vaxtından əvvəl-33 həftəlikdə doğulan körpələrin vəziyyəti normaldır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR