XƏBƏR

Bakıda Beynəlxalq Onkoginekologiya Konfransı keçirilib

date 26 Noyabr 2019

Bakıda Beynəlxalq Onkoginekologiya Konfransı keçirilib

Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçirilib.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova iştirak ediblər.

Konfransda çıxış edən C.Qurbanova qeyd edib ki, hazırda bütün onkoloji xəstəliklərin, o cümlədən uşaqlıq boynu xərçənginin vaxtından əvvəl aşkar edilməsi və müalicəsi müasir tibbin qarşısında duran əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin gələcək sessiyalarında müzakirəyə çıxarılacaq.

S. Məmmədova isə bildirib ki, hər il dünyada 7 milyona yaxın insan xərçəng xəstəliyindən həyatını itirir: "Xərçəng xəstəliyi bəşəriyyətin böyük bəlasıdır. Xərçəng xəstəliyi hər zaman aktual olub, bu gün də bu aktuallıq sönməyib. Bu, elə bir xəstəlikdir ki, yaşından, milliyyətindən asılı olmayaraq hər kəsdə rast gəlinə bilər". Konfransda Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və Polşadan mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış ediblər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR