XƏBƏR

Bakıda 600 qramlıq körpə doğulub - FOTO  

date 28 İyun 2019

Bakıda 600 qramlıq körpə doğulub - FOTO  

Azərbaycanda 600 qram çəkidə körpə doğulub.  Bu, Mərkəzi Klinik Xəstəxanada qeydə alınıb.

Mərkəzi Klinik Xəstəxananın Pediatriya-neonatologiya şöbəsinin müdiri Sevda Əsədova e-tibb.az-a bildirib ki, uzun illər sonsuzluqdan əziyyət çəkən və bir çox ağır problemləri olan qadın xəstəxanada vaxtından əvvəl, hamiləliyin 24-cü həftəsində körpə dünyaya gətirib.

Ananın vəziyyəti çox ağır olduğu üçün körpənin də yaşama şansı çox aşağı olub. Həkimin sözlərinə görə, bu, ekstremal az çəki sayılır, belə körpələrin yaşama şansı çox aşağı qiymətləndirilir.

S. Əsədova deyib ki, körpənin yaşaması üçün xəstəxananın neonatoloq briqadası, kardioloq, nevroloq, travmatoloq, fizioterapevt, Lor, oftalmoloq, uşaq cərrahiyyəsi mütəxəssisləri çalışıb. Artıq onun ümumi vəziyyəti normal sayılır, çəkisi 1500 qrama çatdırılıb, eşitməsi, görməsində heç bir problem yoxdur.   

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR