BLOQ

Azərbaycanda həkim var!

date 7 Sentyabr 2020

Azərbaycanda həkim var!

Mən tez-tez "Azərbaycanda həkim yoxdur" ifadəsini eşidirəm. Bu, belə deyil! Azərbaycanda həkimlər həmişə var və olub. Naziyə Şəmsədinskaya rəhmətə getdi. Tibb elmləri doktoru, professor, Şöhrət ordenli görkəmli elm xadimi. O, həyatını 95-ci ilində tamamladı və onunla birlikdə bütöv bir dövr bitdi. Doktor Şəmsədinskayanın misalında bunu bir daha görmək olar.

Naziyə Şəmsədinskaya 30 ildən çox Azərbaycan Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasının rəhbəri olub. Mən onu olduqca təmkinli, eyni zamanda da zərif və həssas bir insan kimi xatırlayıram. Bütün ömrü ərzində 200 elmi iş dərc etdirmiş, 40 elmlər namizədi və 3 tibb elmləri namizədi hazırlanmışdır.

Bu qadının 95 illik həyatı asan olmamışdır. 10 yaşında valideynlərini itirən, uzun illər "xalq düşməninin qızı" damğası ilə yaşamış, sonralar isə oğlunu və qızını itirmişdir. O, həmişə yanında qələm və kitabça saxlayırdı ki, birdən qızı yuxusuna gəlib, nəsə bir şey söyləyər.

Belə şeylər insanları sındırır. O isə ayaqda qaldı və bunu çox şərəflə etdi. Həm insan, həm də mütəxəssis kimi özündən sonra parlaq bir iz qoyaraq. O, nəvələrini böyütdü. Bu gün onlar çoxlarının tanıdığı məşhur həkimlərdirlər. O, "çətin" sözünün nə demək olduğunu anlayır, ona görə də, gənc alimlərə dəstək və yardımçı olurdu. İndi onun tələbələri bütün dünyada parlayırlar.

Naziyə xanım Həkim, Alim, Müəllim və İnsan idi! Belə insanlara bənzəmək istəyirsən! Allah rəhmət eləsin!

Yasmin Rüstəmova-Kardioloq, tibb üzrə fəlsəfə doktoru

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR