XƏBƏR

Azərbaycan dilində ilk “Onkologiya terminləri lüğəti” nəşr olunub  

date 30 Sentyabr 2019

Azərbaycan dilində ilk “Onkologiya terminləri lüğəti” nəşr olunub  

Azərbaycanda “Onkologiya terminləri lüğəti” çap olunub.

e-tibb.az-ın xəbərinə görə, “Elm” nəşriyyatında çapdan çıxan lüğəti akademik Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən birgə tərtib edilib.

Elmi mənbə müasir onkologiyaya dair terminləri 5 dildə – Azərbaycan, rus, latın, ingilis və fransız dillərində mütəxəssislərə təqdim olunur.

Azərbaycanda ilk olan bu irihəcmli lüğət Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunub, kitabın elmi redaktoru akademik Cəmil Əliyevdir.

Ana dilimizdə ilk dəfə hazırlanan 528 səhifəlik “Onkologiya terminləri lüğəti”ndə nəzəri və klinik onkoloji terminlərlə yanaşı onkoloji xidmətin təşkilinə dair sözlər də yer alıb.

Müasir standartlara uyğun hazırlanmış “Onkologiya terminləri lüğəti” tələbələr, həkim-onkoloqlar, həkim-rezidentlər, elmi işçilər üçün qiymətli vəsait, etibarlı elmi mənbədir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR