XƏBƏR

Azərbaycanda bu il 126 nəfər dərmandan zəhərlənib

date 3 Sentyabr 2019

Azərbaycanda bu il 126 nəfər dərmandan zəhərlənib

Bu ilin əvvəlindən bugünədək dərman zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 126 nəfər müraciət edib, ölüm faktı qeydə alınmayıb.

Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il ərzində 27 nəfər sirkə turşusundan zəhərlənib. Onlardan 3-ü vəfat edib. 

Aprel ayından sentyabrın 1-nə qədər ilan sancması ilə bağlı 71 xəstə müraciət edib. Onlardan 8-i uşaq olub.

e-tibb.az 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR