XƏBƏR

Azərbaycanda antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılması müzakirə olunub

date 1 Mart 2019

Azərbaycanda antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılması müzakirə olunub

Martın 1-də ATU-nun Tədris Terapevtik Klinikasında “Azərbaycan Antibiotiklərə Həssaslıq Testlərinin Standartlaşdırılması (AHTS)” mövzusunda simpozium keçirilib.

ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, tədbiri Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyev açıb. Simpoziumda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Onur Karatuna dünyada bu sahə üzrə qəbul edilmiş standartlardan, eyni zamanda Türkiyə təcrübəsindən söhbət açıb.

O. Karatunanın “”EUCAST standartlarına əsasən antibiotiklərə həssaslığın müəyyənləşdirilməsi” və “Ümumdünya Səhiyyə Təşkilatının antibioqram testləri üçün məsləhətləri (EUCAST standartlarında yeniliklər)” mövzusunda məruzələri dinlənilib.

Simpoziumun təşkilat komitəsinin katibi İskender Karaltı, Səhiyyə Nazirliyinin nümayəndəsi Fikriyə İbrahimli, ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov, Tədris Terapevtik Klinikasının həkimi Bayram Tağıyev və türkiyəli mütəxəssis Yavuz Barbaros antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılmasının müxtəlif aspektlərini özündə əks etdirən müxtəlif məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, simpoziumun məqsədi Azərbaycanın bütün xəstəxanalarında antibiotiklərə həssaslıq testi nəticələrinin standart formada verilməsinin təmin edilməsi, standart metodların müzakirə olunması və bölgələrdəki laboratoriya həkimlərinin beynəlxalq yeniliklər haqqında məlumatlandırılmasıdır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR