XƏBƏR

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər köçürülüb

date 3 Aprel 2019

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər köçürülüb

“Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub”.

ONA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.

O bildirib ki, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır: “2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.

F. Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, "Orqanların köçürülməsi haqqında" yeni qanun layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR