XƏBƏR

Azərbaycana növbəti 22 xəstəyə buynuz qişası köçürülüb

date 20 May 2019

Azərbaycana növbəti 22 xəstəyə buynuz qişası köçürülüb

Növbəti dəfə 22 ədəd buynuz qişa transplantantı Azərbaycana gətirilib. E-tibb.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrahları Fərəh Abdulaliyeva, Cəmil Həsənov, Emil Hüseynov və Fidan Ağayeva tərəfindən üç gün 22 uğurlu buynuz qışası transplantasiyası əməliyyatı keçirilib.

İlk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.

Hətta ilk dəfə regionlarda MOM-un Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.

Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR