XƏBƏR

Ayaqlara buzlu vanna: Nəyə FAYDALIDIR?

date 29 İyun 2019

Ayaqlara buzlu vanna: Nəyə FAYDALIDIR?

Ayaqlar, dabanlar bədənin ən çox yükə məruz qalan və yorulan hissəsidir. Ayaqlardan çoxlu sayda sinir ucları keçdiyi üçün yorğunluğun aradan qaldırılması ilə bağlı prosedurlar çox zaman ayaqlara, dabanlara tətbiq olunur.

Belə prosedurlardan biri də buzlu su vannası hesab olunur. Bu üsul təkcə dabanlarda, ayaqlarda deyil, bütün bədəndə olan yorğunluğun aradan qalxmasına yardım edir.

Bu metodu 5 gün boyunca təkrar etməyiniz tövsiyə olunur. Axşamlar etmək daha məqsədəuyğun sayılır.

Bu sadə proseduru etmək üçün ayaqların içinə rahat yerləşə biləcəyi ölçüdə vanna götürüb içərisinə su tökün. Təxminin 15-18 ədəd buz parçasını suya əlavə edin.

Buz suyu tamamilə soyudandan sonra ayaqlarınızı buzlu suyun içinə salın. İlk məqamda buz narahatlıq yarada bilər, amma bu tədricən ötəcək. Ayaqları bu suda  

15-20 saniyə saxlayıb çıxarmaq lazımdır. Bildirilir ki, bu sadə metod bədənin oksigen təminatını yaxşılaşdırır, əzələləri, sümükləri qidalandırır. Eyni zamanda bədənin mikrob və bakteriyalara qarşı dözümlülüyün artırır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR