XƏBƏR

Ayaq ağrıları ən çox bu səbəbdən yaranır

date 17 Avqust 2019

Ayaq ağrıları ən çox bu səbəbdən yaranır

Ayaq ağrıları ən çox rast gəlinən şikayətlərdən biri sayılır. Mütəxəssislərə görə, bu ağrıların bir çox səbələri ola bilər.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi, nevroloq Yeganə Rəşidova deyib ki, pasientlər daha çox onlara ayaq ağrıları ilə müraciət edir və bu ağrılarən revmatizm, damar problemlərindən qaynaqlandığını deyirlər. Amma onun sözlərinə görə, ayaq ağrıları çox zaman bel-oma fəqərələrində yaranan problemdən yaranır.

Həkim deyib ki, nə zamansa bel-oma fəqərələrində problem olan insanlarda sonradan hər hansı infeksion xəstəliyin, eləcə də ağır bir əşya qaldırmağın fonunda yaranan ayaq ağrısı bel-oma fəqərələri ilə əlaqəli ola bilər.

Və bir çox hallarda ayaq ağrıları məhz həmin problemlə bağlı yaranır: “Ona görə də ayaq ağrıları zamanı məsələn, damar müayinəsində hər hansı problem aşkarlanmırsa, o zaman bel-oma fəqərlərində hər hansı problem olub-olmadığı araşdırılmalıdır”.

e-tibb.az                              

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR