XƏBƏR

ATU-da timus vəzi xəstəliklərindən əziyyət çəkən 14 xəstə tam müalicə olunub

date 25 Yanvar 2019

ATU-da timus vəzi xəstəliklərindən əziyyət çəkən 14 xəstə tam müalicə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Torakoskopik Timektomiya.Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib.

 

ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, seminarda açılış nitqi ilə çıxış edən, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada mütəmadi olaraq elmi konfrans və simpoziumların keçirildiyini bildirib:  “Belə tədbirlərin keçirilməsi bir neçə səbəbə görə əhəmiyyətlidir. İlk növbədə inkişaf edən dünyamızda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də bir çox yeniliklər baş verir. Bunlarla tanış olmaq, biliklərimizi paylamaq, təcrübə mübadilələri aparmaq çox böyük əhəmiyyət kəsb edir. Bugünki seminarın da mövzusu çox önəmli məsləyə - timus vəzi xəstəliklərinə olunub.  Cərrahiyyənin bir çox sahələrində olduğu kimi, bu sahədə də mini invaziv cərrahiyyə üsulları geniş istifadə olunmağa başlanılıb”.

S.Hadıyev qeyd edib ki, bu əməliyyatın ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev tərəfindən icra olunması çox sevindirici haldır.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində “Miasteniya Gravis” xəstəliyindən əziyyət çəkən 14 xəstə son 3 ildə tam müalicə olunub. Azərbaycanda ilk dəfə olaraq məhz ATU-nun Tədris Cərrahiyyə Klinikasında torokal cərrah Arif Ağayev tərəfindən bu xəstələr əməliyyat yolu ilə sağlamlıqlarına qovuşublar, illərlə dərman mülicəsi almaqdan qurtulublar.

Daha sonra seminarda Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb elmləri namizədi Arif Ağayevin “Torakoskopik timektomiya”, nevroloq Yaqut Lətifovanın“Miasteniya xəstəliyi,diaqnostikası və müalicəsi” mövzularında mühazirələri dinlənilib.  

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR