XƏBƏR

ATU-da Saç Əkimi Mərkəzi yaradılıb

date 11 Dekabr 2019

ATU-da Saç Əkimi Mərkəzi yaradılıb

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Saç Əkimi Mərkəzinin açılışı olub.  e-tibb.az-ın xəbərinə görə, bu barədə ATU-nun mətbuat xidməti məlumat yayıb. Mərkəzdə bu sahədə çalışmaq istəyən həkimlər üçün saç nəqlinin tətbiqi ilə bağlı 3 günlük kurslar təşkil olunacaq.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyev təşkil olunan kursların TTK ilə Aca Akademiyasının birgə əməkdaşlığı ilə baş tutduğunu bildirib. Mərkəzdə saçın nəqli, kosmetoloji xidmət, əməliyyatlarla bağlı dinləyicilərə tam məlumat veriləcək və bütün prosedurlar iştirakçılar tərəfindən izlənəcək.   Aca Academiyasının rəhbəri Gamze Menteşoğlu onun rəhbərlik etdiyi qurumun beynəlxalq arenada kifayət qədər tanındığını və tətbiq olunan müalicə üsullarının beynəlxalq standartlara uyğun olduğunu bildirib: “Saç əkimi son 20 ildə tətbiq olunan yeni bir sahədir. ATU-nun bizimlə əlaqəsi təqdirəlayiqdir. Məqsədimiz estetik tibb həkimi yetişdirmək niyyətindəyik. Hesab edirəm ki, bu sahədə peşəkar mütəxəssislər yetişdirə biləcəyik”.  ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov bu məsələdə koordinator olduğuna və keçirilən kursların etibarlılığına diqqəti çəkib. Bildirib ki, saç əkimi və kosmetoloji sahədə ölkədə bir sıra kurslar təşkil edilir. Amma ATU-nun təşkil etdiyi kurslarda dərs deyən müəllimlər daha peşəkardır. Kursda iştirak edən dinləyicilərə sonda sertifikatla təqdim olunacaq. Həmin sertifikatlar İSO 9001 standartlarına uyğundur və Beynəlxalq Akkreditasiya Forumu tərəfindən qeydiyyata alınıb.  Qeyd edək ki, yeni Saç Əkimi Mərkəzində pasiyentlərə saç nəqli ilə yanaşı, hər cür kosmetoloji xidmət də göstəriləcək.  

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR